Ermənistan hökumətində əsaslı kadr dəyişiklikləri gözlənilir

22 May 2019 16:19 (UTC+04:00)

Əgər gələn aya qədər ciddi bir hadisə, fors-major olmayacağı təqdirdə baş nazir Nikol Paşinyan hakimiyyət strukturlarında cidi kadr dəyişiklikləri edəcək. SİA–nın məlumatına görə, bu barədə Ermənistana məxsus “Jamanak” qəzeti yazır.

"Paşinyan heyətinin təkcə peşəkar olmadığını deyil, onların dövlət idarəçiliyi bacarıqlarına malik olmadığını da başa düşüb. Başa düşüb ki, onlar rəhbərlik orqanlarının səlahiyyətini icra etmək imkanlarına malik deyillər"-nəşq qeyd edir.