Zelenskinin təklifləri rədd edildi

22 May 2019 16:13 (UTC+04:00)

Ukraynanın yeni prezidenti Vladimir Zelenski qarşıdan keçirilməsi gözlənilən parlament seçkiləri üçün qanun dəyişikliyi təklif etmişdi. SİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, siyasi partiyalar üçün seçki baryerinin 5%-dən 3%-ə endirilməsini təklif etmişdi. Paralel olaraq, yalnız partiya siyahısı üzrə seçkilərə tərəfdar olduğunu ifadə etmişdi.

Amma Ali Rada Zelenskinin təkliflərini rədd edib və məsələni hətta gündəliyə belə salmayıb.