“Onun adı Bəstəkarlar İttifaqında həmişə xatırlanır” - AÇIQLAMA

22 May 2019 14:26 (UTC+04:00)

“Elə insanlar var ki, onları xalqımızın taleyinə Allahın bir lütfü kimi qəbul edirik. Zəngin və mənalı ömür yaşayan dərin düşüncəli alim, musiqişünas, pedaqoq, Bəstəkarlar İttifaqının fəal üzvlərindən olmuş Ramiz müəllim belə insanlardandır: “Bizim aramızda olmasa da, onun adı Bəstəkarlar İttifaqında həmişə xatırlanır”. SİA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib.

O, əlavə edib ki, Ramiz müəllimin xarizmatik, çoxyönlü fəaliyyəti vardır: “Ramiz müəllim birinci növbədə musiqişünas-alimdir. Çox fəxrlə qeyd edirdi ki, kitabları müxtəlif ölkələrdə tirajlarda çap olunub. Rusiyada, Türkiyədə, İranda və ölkəmizdə 25 kitabı çap olunub. Bu kitablar dolğun məlumatlarla zəngindir”.