"Prezident hər zaman ölkə vətəndaşının yanındadır" ÖZƏL-MÜNASİBƏT

22 May 2019 14:36 (UTC+04:00)

“Ümumiyyətlə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bu yaxınlarda deyil, prezident seçildiyi müddətdə həm bölgələrdə, həm də paytaxt Bakıda mühüm sosial istehsal müəssisələrinin açılışında hər zaman iştirak edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, dövlət başçısı hansı bölgəyə gedibsə orada Azərbaycan vətəndaşları ilə görüşüb və səmimi söhbət edib: “Prezident hər görüşündə gələcək illər üçün proqram müəyyənləşdirib. Prezident İlham Əliyevin ötən gün Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak etməsi, insanlarla görüşü və marketə daxil olaraq qiymətlərlə maraqlanması da sübut edir ki, Azərbaycan Prezidenti hər zaman ölkə vətəndaşının yanındadır. Təbii ki, gələcəkdə də bu belə olacaqdır. Bu il çoxlu sayda yeni istehsal müəssisələri və yeni sosial obyektlər açılacaq. Cənab Prezident hər zaman olduğu kimi gedib o açılışlarda iştirak edəcək və orada olan insanlarla görüşəcək”.

Qeyd edək ki, mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.