Fuad Abbasovun anası oğlunun azadlığını tələb edir

22 May 2019 13:13 (UTC+04:00)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Moskvada təzyiqə məruz qalaraq həbs edilən jurnalist Fuad Abbasovun anası Billur xanım çıxış edərək Fuadın hüquqlarının qorunmasının zəruriliyini bildirib. SİA-nın məlumatına görə, o bildirib ki, Fuad Abbasov təkcə mənim yox, xalqın övladıdır: “Mən bir pedaqoq kimi Fuad kimi yüzlərlə uşağa vətəni sevdirmişəm. Fuad vətəni üçün yaşayıb. Mən onun üzünü illərlə görə bilmirəm, ən azından bilirdim ki, Fuad salamatdır və heç olmasa efirdən səsi gəlir. Fuada olan hüquq pozuntusu aradan qaldırılmalıdır. O, bütün Azərbaycanın övladıdır. O, başına gələcəkləri bilirdi. Düşünürəm ki, haqq yerini tutacaq və Fuad sağ-salamat Vətənə dönəcək”.