“Biz Fuad Abbasovu müdafiə etməliyik“ - AÇIQLAMA

22 May 2019 12:49 (UTC+04:00)

Beynəlxalq Diaspor Mərkəzi tərəfindən Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasova qarşı törədilmiş zorakılıq faktları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev tədbiri açaraq Fuad Abbasova qarşı yönəldilən təzyiqdən danışıb və tədbir işrirakçılarının təklifləri ilə müəyyən addımların atılmasının zəruri olduğunu deyib.

İ.Ağayev bildirib ki, biz Fuad Abbasovu müdafiə etməliyik: “Fuad Abbasova qarşı ermənipərəst qüvvələrin olduğunu bilirik. Bu gün Fuadın başına gələnlər bizi azərbaycanlı olaraq çox narahat edir. Bura toplaşmağımızda məqsəd müəyyən addımların atılması zəruriyyətidir. Bu haqsızlığı səfirliyə və lazımı yerlərə bildirmək lazımdır”.