Günaydan sevgilisini bıçaqlama xəbərinə REAKSİYA

22 May 2019 11:23 (UTC+04:00)

Azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlaması xəbərini təkzib edib. SİA-nın məlumatına görə, model və sevgilisi bu haqda "İnstagram" səhifələrində məlumat yayıblar: "Bu gün haqqımda çıxan sevgilim Taha Tatlıcını bıçaqlama xəbəri həqiqətən uyğun deyil və üzücüdür. Həm mənə, həm də sevgilimə qarşı ağır bir ittiham ortaya atılıb. Taha ilə aramızdakı mübahisəni qonşular polisə bildirib. Aramızda heç bir problem yoxdur və hazırda birlikdəyik".

Qeyd edək ki, modelin sevgilisi Taha da xəbəri təsdiqləyib və sadəcə mübahisə etdiklərini bildirib.