Millimiz Belarus yığması ilə heç-heçə edib

22 May 2019 09:53 (UTC+04:00)

Minskdə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 21-də Belarus yığması ilə yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Hazırlıq çərçivəsində komandamız Belarus millisi ilə daha bir yoldaşlıq görüşü keçirəcək. Mayın 26-da isə yığma komandalar Qızıl Avropa Liqası yarışının birinci turunda qarşılacaqlar.

Qeyd edək ki, bu yoldaşlıq görüşü milli komandamızın italiyalı baş məşqçisi Ciovanni Kapraranın rəhbərliyi ilə keçən ilk oyun olub.