Çingizin mahnısı dünyada 25-ci oldu VİDEO

22 May 2019 09:28 (UTC+04:00)

“Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev müsabiqədə ifa etdiyi “Truth” mahnısı ilə ilkə imza atıb. SİA-nın məlumatına görə, o, “Itunes Top 100” siyahısına düşən ilk azərbaycanlı müğənni olub.

Belə ki, Mustafayevin mahnısı dünyada ən çox yüklənənlər sırasında 25-ci sıraya yüksəlib.

Qeyd edək ki, Çingiz “Eurovision”da 7-ci yerə çıxıb.