Rusiya və Belarus prezidentləri mayın sonunda görüşəcəklər

21 May 2019 23:31 (UTC+04:00)

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Nur-Sultan şəhərində keçiriləcək Avrasiya İqtisadi İttifaqı sammitinin gedişində görüşəcəklər.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə həmin sayta açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Görüş mütləq baş tutacaq. Hansı sualların müzakirə olunacağı isə əvvəlcədən məlum deyil”.

Qeyd edək ki, mayın 29-da Avrasiya İqtisadi İttifaqının sammiti Nur-Sultan şəhərində keçiriləcək və Qazaxıstanın eks-prezidenti N.Nazarbayev ilk dəfə olaraq bu sammitdə president yox, fəxri qonaq qismində çıxış edəcək.