Tuğ qəsəbəsində silah-sursat aşkarlanıb

21 May 2019 23:05 (UTC+04:00)

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Tuğ qəsəbəsi ərazisindən 2 ədəd 16 kalibrli, “Toz” markalı ov silahları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.