Əfqanıstanda 42 “Taliban” silahlısı məhv edilib

21 May 2019 22:20 (UTC+04:00)

Əfqanıstanın şərqindəki Qəzni əyalətində “Taliban” radikal hərəkatına qarşı keçirilmiş əməliyyat nəticəsində azı 42 silahlı məhv edilib. Trend-in məlumatına görə, zərərsizləşdirilən silahlılar arasında 6 nəfər əcnəbi də olub. Əcnəbi silahlıların vətəndaşlıqları açıqlanmır.