ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

21 May 2019 21:02 (UTC+04:00)

ABŞ hökuməti Rusiyaya dair sanksiya siyahısını genişləndirib. Bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Rusiyanın Tula şəhərindəki hərbi konstruktor bürosu, Qatçina şəhərindəki hərbi təlim mərkəzi, Moskva şəhərindəki “Avanqard” hərbi müəssisəsi sanksiya siyahısına salınıb.