Azərbaycan atletləri beynəlxalq turnirə qatılacaqlar

22 May 2019 00:32 (UTC+04:00)

Mayın 21-də Çinin Nancinq şəhərində atletikanın bütün növləri üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Atletika Federasiyasından bildiriblər ki, “2019 Nanjing World Challenge” turnirində Azərbaycanı Nazim Babayev (üçtəkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil edəcəklər.

Qeyd edək ki, Nazim Babayev bir neçə gün əvvəl Yaponiyanın Osaka şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Anna Skidan isə turniri altıncı pillədə başa vurub.