"Neftçi”nin futbolçusu Qvineya millisinin düşərgəsində

21 May 2019 23:33 (UTC+04:00)

"Neftçi”nin futbolçusu Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qoşulub. Paytaxt təmsilçisinin rəsmi saytında deyilir ki, 22 yaşlı yarımmüdafiəçi iyunun 6-dək yığmanın təlim-məşq toplanışında olacaq.

Qeyd edək ki, Mamadu Kane son mövsümün ikinci yarısından etibarən "Neftçi”nin heyətində 9 oyun keçirib.