Ronaldo açıqladı: "Uğurların sərhədi yoxdur"

21 May 2019 22:30 (UTC+04:00)

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo A seriyasında ilin futbolçusu seçilməyini şərh edib. Portuqaliyalı hücumçu sosial şəbəkədə bununla bağlı maraqlı fikirlər paylaşıb: "İngiltərə, İspaniya və İtaliyada çempionluq... İngiltərə, İspaniya və İtaliyada ən yaxşı oyunçu seçilmək... Uğurların sərhədi yoxdur".

Qeyd edək ki, Ronaldo Avropanın beş böyük liqasının üçündə bu adı qazanan ilk futbolçu olub.