Karlos Kameni "Fənərbaxça"dan gedir?

21 May 2019 19:47 (UTC+04:00)

"Fənərbaxça"nın qapıçısı Karlos Kameni komandadan ayrılmaq istəyir. Kamerunlu qolkiper bu barədə "Marca" nəşrinə açıqlamasında məlumat verib. 35 yaşlı qapıçı şans verilmədiyi üçün getmək istədiyini bildirib:
"Mənim üçün qarışıq vəziyyətdir. Oynamaq, şans qazanmaq, rəqabət aparmaq istəyirəm. Amma bu, olmaq istədiyim yer deyil. Məyusam və komandadan ayrılmaq istəyirəm".