LDU-da “Açıq qapı günü və məzun yarmarkası” keçirilir

21 May 2019 16:50 (UTC+04:00)

Lənkəran Dövlət Universitetində (LDU) “Məzun-2019” il proqramı çərşivəsində açıq qapı günü və məzun yarmarkasına start verilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, LDU-nun Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub. Məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun bu ilki və ötənilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. İştirakçıları LDU-nun rektoru vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov salamlayıb və universitetdə tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən,aparılan təhsil islahatlarından danışıb.Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 600-dən artıq məzuna iş probleminin həllində dəstək olduğunu , əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını,işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib. Natiq İbrahimov universitetdə hazırlanan kadrların peşəkarlığının artırılması məqsədi ilə son illərdə praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi labaratoriyaların təşkil edildiyini, rayon rəhbərliyi tərəfindən təcrübə məqsədi ilə universitetə 5 hektar təcrübə sahəsinin ayrıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, növbəti tədris ilindən universitetdə daha bir neçə yeni ixtisasda kadr hazırlığına başlanacaq. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev çıxışında universitetdə yaranmış təhsil, quruculuq, inkişaf ab-havasından məmnun olduğunu bildirib, bu ali təhsil ocağının işindəki dönüşə görə rəhbərliyə minnətdarlığını çatdırıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rəfael Tahirov, Lənkəran Rayon Məşğulluq Mərkəzinin direktoru Ramin Hüccətov, Vıp Lif şirkətinin təmsilçisi Gülnar Abdullayeva tədbirdə çıxış edərək açıq qapı günü və məzun yarmarkasının təşklini məzunların məşğulluyğunun təminatında uğurlu addım kimi dəyərləndiriblər, həmçinin məzunlara vakant iş yerləri barədə məlumat veriblər.

Məzun yarmarkasına Lənkəranla yanaşı, cənub bölgəsində fəaliyyət göstərən 17 dövlət və 22 özəl müəssisə cəmi 600 boş (vakant) iş yeri çıxarıb.

Qeyd edək ki, ötən il Lənkəran Dövlət Universitetini 509 məzun (bakalavr və magistr) bitirib. Məzun yarmarkasında LDU-nun bu ilki məzunları ilə yanaşı ötən ilki məzunları da iştirak edib.

Qeyd edək ki, LDU-da açıq qapı günü may ayının 23-nə kimi davam edəcək.

Sərraf Mirsəfəroğlu