"Alaves"in yeni baş məşqçisi müəyyənləşib

21 May 2019 16:34 (UTC+04:00)

"Alaves" klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, istefaya göndərilən Abelardo Fernandesi Asyer Qaritano əvəzləyib. Onunla 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb.

eyd edək ki, S.Qaritanonun son klubu "Real Sosyedad" olub.

Xatırladaq ki, Alaves La Liqada başa çatan mövsümü 50 xalla 11-ci pillədə başa vurub.