ETSN-də görüş keçirilib

21 May 2019 15:59 (UTC+04:00)

21 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, İTOCHU Koorporasiyasının sədr müavini Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA-ya Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabrda keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.