DGK 1 ayda dövlət büdcəsinə 377 milyon manatdan çox vəsait köçürüb

21 May 2019 15:34 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bu ilin aprelində dövlət büdcəsinə daxilolmalar 377 milyon 788 min manat təşkil edib. SİA Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 87 milyon 485 min manat, əlavə dəyər vergisi üzrə 267 milyon 921 min manat, aksizlər üzrə 18 milyon 990 min manat, yol vergisi üzrə isə 3 milyon 391 min manat olub.