Olimpiya komplekslərinin 90 faizi dövlət büdcəsi hesabına saxlanılır

21 May 2019 14:56 (UTC+04:00)

"Ölkədə Olimpiya idman komplekslərinin 90 faizi dövlət büdcəsi hesabına saxlanır". SİA xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülmməmədov deyib.

Onun sözlərinə görə, Olimpiya idman komplekslərinin yalnız 5-10 faizi özünü saxlaya bilir:

"Özünü saxlaya bilən komplekslərdən Kürdəmir və Tovuz Olimpiya idman komplekslərini qeyd edə bilərəm”.