Dilarənin Miri Yusifin klipindəki cəsarətli geyimi VİDEO

21 May 2019 15:25 (UTC+04:00)

Əməkdar artist Miri Yusif yeni layihəsini təqdim edib. SİA-nın məlumatına görə, müğənni sözləri Fariz Zeynallı, musiqisi Ceyhun Cabbaroğluna məxsus “Uyma” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib.

Vüqar İslamzadənin rejissorluq etdiyi klipdə müğənni Dilarə Kazımova da yer alıb. Dilarə fərqli və seksual obrazı ilə bütün marağı öz üzərinə çəkə bilib.

Qeyd edək ki, D.Kazımova ikinci dəfədir ki, həmkarının klipində rol alır. O, bundan əvvəl Miri Yusifin “Ad günü” layihəsində rol alıb.