Məşhur biznes mərkəzi yanır FOTO

21 May 2019 14:20 (UTC+04:00)

Moskvada biznes mərkəzlərin birində yanğın başlayıb. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, yanğın "Kutuzov Tauer"də 19-cu mərtəbədə baş verib.

Yanğından dərhal sonra 700 nəfər təxliyə olunub. Yanğına səbəb olaraq kondisionerin alışması göstərilir.

Qeyd edək ki, hazırda hadisə yeri mühasirəyə alınıb.