İranın XİN rəhbərindən Trampa özünəməxsus cavab

21 May 2019 12:12 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın İranı hədələməsinə özünəməxsus tərzdə cavab verib. SİA xəbər verir ki, M.C Zərif özünün “Twitter” hesabında “Heç vaxt iranlıları hədələməyin. Hörmət etməyi bacarın - bu yaxşı işdir”, - sözlərini yazıb. Fikirlərini davam etdirən nazir bildirib ki, D.Tramp Makedoniyalı İsgəndərin, Çingiz xanın əldə edə bilmədiklərini etmək istəyir. Min illər boyu İran xalqı çətinliklərin öhdəsindən gəlib. Bu zaman ərzində isə işğalçılar məhv olub.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp yerli televiziyaların birinə verdiyi müsahibəsində İranı hədələyib. O bildirib ki, əgər rəsmi Tehran hərbi əməliyyata başlasa, onda İranın rəsmi qaydada sonu çatacaq.