"Osasuna" La Liqada çıxış edəcək

21 May 2019 12:04 (UTC+04:00)

İspaniya La Liqasına vəsiqə qazanan ilk klub bəlli olub. SİA-nın məlumatına görə, "Osasuna" Sequndanın başa çatmasına 3 tur qalmış elitaya vəsiqə qazanmağı rəsmiləşdirib. Üçüncü pillədəki "Albasate"nin xal itirməsindən sonra sözügedən komandanın ilk iki pillədə qərarlaşacağı dəqiqləşib.

Qeyd edək ki, "Osasuna" iki ildən sonra La Liqada çıxış etmək üçün vəsiqə qazanıb.