"Mədəniyyətimizi təbliğ etmək vətəndaşlıq borcumuzdur" - ÖZƏL

21 May 2019 11:47 (UTC+04:00)

"Bildiyiniz kimi, İçərişəhərdə "Sarayda muğam" layihəsinin ilk konserti oldu. Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" Muğam Qrupunun tamaşaçılar qarşısında möhtəşəm çıxış etdi. Mən muğamların tərkibində peziya nümunələri söylədim.Əslində mən də fəxarət hissi ilə özümü "Qarabağ" Muğam Qrupunun bir üzvü hesab edirəm". Bu sözləri SİA-ya özəl açıqlamasında Azərbaycanın əməkdar artisti, aktyor və bədii qiraətçi Azad Şükürov deyib.

O, əlavə edib ki, konsertdə hər şey yüksək səviyyədə keçdi: "Təbii ki, tamaşaçılar da, sənət adamları da bu görüşdən məmnun qaldılar. Təşkilatçılara minnətdarlıq hissi ilə onu da qeyd edim ki, sonda bir qrup sənətçiyə "İçərişəhər" Muzey Mərkəzinin fəaliyyətini dəstəkləyən və yardım göstərməyə hazır olan "Muzeyin dostları" klubunun fəxri kartları təqdim edildi.Tarixi abidələrimizin, klasik muğamlarımızın və zəngin poeziyamızın belə professional şəkildə təqdimatı və təbliği hər birimizin vətəndaşlıq borcudur".