Səfurə üçüncü dəfə ana oldu FOTO

21 May 2019 09:39 (UTC+04:00)

"Eurovision" təmsilçilərimizdən olan Səfurə Əliyeva üçüncü dəfə ana olub. SİA-nın məlumatına görə, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan keçmiş müğənninin oğlu dünyaya gəlib.

Cütlük övladına Natiq adını qoyub. Körpə bu gün səhər saatlarında Türkiyədə doğulub.

Qeyd edək ki, Fərhad və Səfurə cütlüyünün İsgəndər adlı oğlu, Aişə adlı qızı var.