Qaçqınların sayına görə Yunanıstan Avropada liderdir

21 May 2019 08:56 (UTC+04:00)

Yunanıstan qəbul etdiyi qaçqınların sayına görə Avropada liderdir. SİA xəbər verir ki, bu barədə Dünya Miqrasiya Təşkilatı məlumat yayıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin başlanğıcından 17 min qaçqın dəniz vasitəsilə Avropaya gəlib. Miqrantlar əsas istiqamət kimi Yunanıstanı seçirlər. Hazırda bu ölkədə saysız-hesabsız qaçqın düşərgəsi var. Yeni düşərgələrin salınması yerli əhalinin etirazları səbəbindən təxirə salınır.

Əcnəbilərin Yunanıstana gəlişi törədilən cinayətlərin sayının artması və turizm sahəsinə mənfi təsirlə müşayiət olunur. Eyni zamanda, yunanlar qaçqınlara yardım məqsədilə könüllü kimi işləmək istəmirlər. Könüllülər miqrantlar arasından seçilir.