"PSJ" Mbappe ilə bağlı bəyanat yayıb

21 May 2019 02:14 (UTC+04:00)

PSJ futbolçusu Kilian Mbappenin klubdakı gələcəyi ilə bağlı bəyanat yayıb.

SİA-nın klubun rəsmi "Twitter" səhifəsinə istinadən verdiyi xəbərə görə, “PSJ” yaydığı bəyanatda fransalı hücumçunun klubdan ayrılmayacağı bildirib: "PSJ ilə Mbappe arasında çox dərin münasibətlər mövcuddur. Bu əməkdaşlıq münasibətləri gələn mövsüm də davam edəcək. Hər iki tərəfin ambisiyaları eynidir. Biz adımızı Avropa futbol tarixinə yazmaq istəyirik".