"Çelsi" Olivye Jiru ilə bağlı qərarını açıqlayıb

21 May 2019 03:04 (UTC+04:00)

"Çelsi" fransız futbolçusu Olivye Jiru ilə bağlı qərarını verib. Goal.comun yaydığı xəbərə görə, klub fransalı hücumçu ilə müqavilənin müddətinin uzadılması ilə bağlı bəndi aktivləşdirib. Beləliklə, O.Jiru növbəti mövsüm də London təmsilçisində çıxış edəcək.