Şamaxıda avtomobil aşıb

21 May 2019 02:06 (UTC+04:00)

Şamaxıda avtomobil aşıb, bir uşaq ölüb, 3 nəfər xəsarərət alıb. Hadisə Şamaxı-Qızmeydan yolunda qeydə alınıb. Abşeron rayonu Müşfiqabad qəsəbə sakini Atəş Qüliyevinidarə etdiyiminik avtomobili yoldan çıxaraq aşıb.Avtomobil 15 metr hündürlükdən daşlıq əraziyə düşdüyü üçün sürücü Atəş Quliyev, onun övladları 3 yaşlıƏmrah , 4 yaşlı Uğurhəmçinin, 8 yaşlı Turan Hüseynliağır bədən xəsarələri alıb. Sürücünün azyaşlı oğlu Əmrah Quliyev avtomobilin altında qaldığı üçünxəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralılar isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Astara rayonunda dayol-nəqliyyat hadisəsi baş verib. Rayonun Şüvi kəndi ərazisindəkənd sakini 17 yaşlı Şəhriyar Əsgərovun idarə etdiyi minik avtomobili 37 yaşlı Məmməd Şamradovunidarə etdiyiyük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişin18 yaşlı Qadir Baxşiyevhadisə yerində dünyasını dəyişib, sürücü Şəhriyar Əsgərov isə ağır bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Hadisəyə ilkin səbəb kimi isə minik avtomobilinin ötmə əməliyyatını düzgün etmədiyi göstərilir.

Ötən gecə Bakı-Qazax magistralında isə 2 qəza hadisəsi olub. Qaradağ rayon Ələt qəsəbəsində avtomobilin vurduğu piyada- Neftçala sakini, 35 yaşlı Aslan Abışovhadisə yerində ölüb. Meyit Şirvan şəhər morquna təhvil verilib.Digər hadisə isə Hacıqabul rayonunun Navahi kəndində baş verib.yük avtomobili yolu keçən Navahi kənd sakini, 36 yaşlıVüsal Baxşıyevu vurub. Piyada ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinəyerləşdirilib.

Qeyd olunan faktlarlabağlı araşdırma aparılır.