İspaniyada metro işçiləri tətilə başlayıblar

21 May 2019 01:02 (UTC+04:00)

Bu həftə Barselona və Madriddə metro işçiləri yenə də tətil ediblər. Dünən Barselona metropoliteninin əməkdaşları stansiyaların tikintisində zərərli asbestdən istifadə olunmasına qarşı etiraz aksiyasına başlayıblar. Metro gün ərzində fasilələrlə - səhər saatlarında normanın 40 faizi, axşam saatlarında 20 faizi qədər işləyib.

Madriddə bazar ertəsi başlayan tətil çərşənbə axşamı və çərşənbə günlərində davam edəcək.