Bakıda çörək sexində 1 nəfər bıçaqlanıb

21 May 2019 00:21 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki çörək sexində baş verib.

Həmin sexdə işləyən Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada Mütəllim adlı şəxslə mübahisə edib. Nəticədə Mütəllim adlı şəxs S.Savalanovu bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.