İran uranın istehsalını 4 dəfə artıracaq

20 May 2019 23:04 (UTC+04:00)

İran az təmizlənmiş (3,64 faiz) uran istehsalını dörd dəfə artıracaq. “Report” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın Nüvə Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi mətbuat konfransında bildirib.

Belə ki, İran Ali Milli Təhlükəsizlik Şurasının bu barədə son qərarı bu gün - mayın 20-dən qüvvəyə minir.