Şotlandiya millisinin yeni baş məşqçisi açıqlanıb

20 May 2019 23:19 (UTC+04:00)

Futbol üzrə Şotlandiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytında yer alan məlumata görə, yığma Stiv Klarka həvalə olunub. 56 yaşlı mütəxəssisin müqaviləsi 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Stiv Klark vaxtı ilə İngiltərə "Çelsi"sində Joze Mourinyonun köməkçisi olub.