Voleybolçularımız Belarusda təlim-məşq toplanışına başlayıb

20 May 2019 17:51 (UTC+04:00)

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışına start verib. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qızıl Avropa Liqasına son hazırlığını davam etdirən yığmamız tam heyətlə təlim-məşq toplanışı keçirir. On dörd voleybolçu ilə hazırlıq keçən millimiz Minskdə Belarus yığması ilə iki yoldaşlıq görüşü keçirəcək. Mayın 26-da isə voleybolçularımız Qızıl Avropa Liqası çərçivəsində Belarus millisi ilə qarşılaşacaqlar.

Belarusda komandamıza qoşulan italiyalı mütəxəssislərdən ibarət məşqçi heyəti Qızıl Avropa Liqası, Olimpiya təsnifat turnirində və Avropa çempionatında yığmamıza köməklik edəcək.