Paşinyan tərəfdarlarına çağırış edib

20 May 2019 17:02 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan məhkəmə binalarının giriş-çıxışlarının bağlanması ilə bağlı çağırışını ləğv edib. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, etiraz aksiyaları dayandırılıb, məhkəmə binalarına giriş və çıxışlar açılıb.

Məhkəmə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı qərar qəbul etdikdən sonra Paşinyan 19 may tarixində ölkədəki bütün məhkəmə binalarının blokadasına çağırıb. Bazar ertəsi günü səhər saatlarından etibarən Paşinyanın tərəfdarları ədliyyə binalarına girişləri bağlamağa başlayıb. Aksiyalar həm İrəvan, həm də ölkənin digər regionlarında keçirilib.