"Daşnaksütyun" mitinqə hazırlaşır

20 May 2019 16:57 (UTC+04:00)

"Daşnaksütyun" 23 may tarixində saat 17.30-da İrəvanın Azadlıq meydanında mitinq keçirəcək. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qurumun Ali orqanının nümayəndəsi İşxan Saqatelyan Facebook səhifəsində paylaşıb. O, özünün Facebook səhifəsində eyni zamanda qeyd edib ki, partiya yaxın saatlarda bu barədə bəyanatla çıxış edəcək.

"Partiyanın ali orqanı bütün erməni həmfikirlərinə, eyni zamanda bütün yoldaşlarına həssaslıq, şüur və qətiyyət üçün məmnunluqlarını ifadə edir", - deyə İ.Sağatelyan bildirib.