Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb

20 May 2019 14:58 (UTC+04:00)

Bu ilin ilk 4 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 165,6 milyon manatlıq məhsul istehsal edilib. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrün ilə müqayisədə toxuculuq sənayesində 48,1 faiz, geyim istehsalında 10,2 faiz artım müşahidə olunub.