“Barselona”nın futbolçusu zədələnib

20 May 2019 14:20 (UTC+04:00)

“Barselona” ciddi itki ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin müdafiəçisi Nelson Semedo zədələnib. La Liqanın sonuncu – 38-ci turunun “Eybar”la qarşılaşmasında (2:2) zədələnən portuqaliyalı futbolçunun İspaniya kubokunun finalında iştirakı sual altındadır.

Qeyd edək ki, “Barselona” mayın 25-də keçiriləcək İspaniya kubokunun finalında “Valensiya” ilə qarşılaşacaq.