Samboçularımızdan 2 medal - Avropa çempionatı

20 May 2019 12:53 (UTC+04:00)

İspaniyanın Xixon şəhərində keçirilən kişilər və qadınlar arasında idman və döyüş sambosu üzrə Avropa çempionatına yekun vurulub.

SİA-nın məlumatına görə, qitə çempionatında Azərbaycan samboçuları iki medal qazanıblar. İdman sambosu üzrə Nəsimi Umbayev (52 kq), döyüş sambosu yarışında isə Bəxtiyar Abbasov (82 kq) bürünc medala layiq görülüblər.