“Şübhəsiz metamorfoz” - TƏQDİMAT

20 May 2019 12:02 (UTC+04:00)

Bu gün Fransanın Strasburq şəhərində Xalq yazıçısı Çingiz Abdullayevin “Şübhəsiz metamorfoz” kitabının təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, təqdimat çərçivəsində Xalq yazıçısının Fransadakı oxucuları ilə görüşü də keçirilib. Mərasimdə Strasburq Universitetinin professor heyəti, Avropa institutlarının əməkdaşları, yerli ictimaiyyətin təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Moderator, vəkil və professor Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov çıxış edib.
“Kapaz” nəşriyyat evinin əməkdaşı Asiya Məmmədova tərəfindən tərcümə olunmuş kitabın müəllif tərəfindən imzalanma mərasimindən sonra yazıçı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Sonda “Balkan 7/8 Trio” qrupu Azərbaycan və Balkan musiqilərindən ibarət konsert proqramı ilə çıxış edib.