Qadın karateçimiz Seria A turnirində gümüş medal qazanıb

20 May 2019 10:07 (UTC+04:00)

Karate üzrə qadınlardan ibarət milli komandamızın lideri İrina Zaretska (-68 kq) İstanbulda Karate1 Seria A turnirinin gümüş medalını qazanıb. SİA-nın məlumatpına görə, Marina Rakoviçlə (Monteneqro) final görüşü rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Rafael Ağayev (-75 kq) isə bir-birinin ardınca iki döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Mötəbər turnirində 102 ölkədən 1813 karateçi iştirak edib.

Qeyd edək ki, milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində Premyer Liqa turniri gözləyir.