Bağdadda ABŞ səfirliyinin yaxınlığına raket atılıb

20 May 2019 09:48 (UTC+04:00)

Bağdadda səfirliklər və hökumət idarələrinin yerləşdiyi Mintəqət əl-Xədra kvartalına raket atılıb. SİA bu barədə Sumariya Agentliyinə istinadla xəbər verir.

İraqın təhlükəsizlik mənbələri Bağdadın şərqindən atılan qrad raketinə görə Mintəqət əl-Xədra kvartalı istiqamətində bütün yolları bağlayıblar.

ABŞ-ın İraq səfirliyi raketin atılması nəticəsində səfirlik işçilərindən heç birinin xəsarət almadığını bildirib.

Bu hücumu heç kim üzərinə götürməyib.