Dmitri Nazarovun komandası mövsümdə son matçını keçirib

20 May 2019 09:41 (UTC+04:00)

Almaniya ikinci Bundesliqasında 2018-2019 mövsümü başa çatıb. SİA-nın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubu da mövsümdə son oyununu keçirib. Səfərdə "Darmştadt"ın qonağı olan Aue təmsilçisi minimal hesabla uduzub. Oyuna start heyətdə başlayan Nazarov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Erzgebirge" mövsümü 40 xalla 14-cü pillədə tamamlayıb.