Azərbaycana dönən Çingiz coşğu ilə qarşılandı VİDEO+FOTOLAR

20 May 2019 09:26 (UTC+04:00)

Tel-Əvivdə keçirilən 64-cü “Eurovision” müsabiqəsində 7-ci yeri tutan müğənni Çingiz Mustafayev Vətənə geri dönüb. SİA-nın məlumatına görə, ifaçı dostları və fanatları tərəfindən hava limanında coşğu ilə qarşılanıb. Onlar Çingizin yarışmada ifa etdiyi “Truth” mahnısının sədaları altında müğənnini təbrik ediblər.

Bu barədə video və fotolar sosial şəbəkədə paylaşılıb.