Ukrayna Premyer Liqasının qalibi müəyyənləşib

20 May 2019 09:18 (UTC+04:00)

Ukrayna Premyer Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, "Şaxtyor" 29-cu turda səfərdə "Zarya"nı 1:0 hesabı ilə məğlub edib. Bu qələbə Paulu Fonseskanın komandasını sona 3 tur qalmış çempion edib.

Donetsk təmsilçisi ardıcıl 3-cü, ümumilikdə 12-ci çempionluğunu yaşayıb. Kiyev "Dinamo"su isə 13 dəfə Ukrayna çempionu olub.