Burundidə mədən faciəsi

20 May 2019 03:37 (UTC+04:00)

Burundinin şimalında mədənin uçması nəticəsində ən azı 20 nəfər xəsarət alıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, hadisə cümə günü baş versə də yalnız bazar gününün sonlarında qəza barədə məlumat verilib. Belə ki, Burundi rəhbərliyi yerlərdəki hakimiyyət nümayəndələrinə bu tip məlumatları yaymağa qadağa qoyub. Bu səbəbdən ölənlər haqqında məlumat verilməməsi də maraq doğurur.

Yerli rəhbərliyin məlumatına görə, 16 nəfər müxtəlif xəsarətlər alıblar və onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Yaralılardan 4-nün vəziyyəti çox ağırdır.