Saakaşvili: “Biz hücum və ancaq hücum etməliyik"

19 May 2019 23:02 (UTC+04:00)

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili özünün Vahid Milli Hərəkat Partiyası və tərəfdarlarını hücuma səsləyib. Bu barədə Saakaşvili Feysbuk hesabındakı video müraciətdə bildirib. “Biz hücum və ancaq hücum etməliyik. Bizi hər dəfə seçkidən məhrum edirlər, seçkiləri saxtalaşdırırlar. İvanişvili hər dəfə fərqli fəndlərə əl atır”, - Saakaşvili söyləyib.

Qeyd edək ki, bu gün Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli, o cümlədən Zestafoni, Xulo, Çiatura və Zuqdidinin meri postuna seçkilər keçirilir. Saqareco, Ahmeta, Adigeni, Tkibuli, Zestafoni, Çiatura, Ozurqeti və Tsxaltuboda bələdiyyə Məclisinin üzvləri də seçiləcək.